Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz bayramı münasibətilə  konsert keçirilmişdir

19.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbində Novruz bayramı münasibətilə  konsert keçirilmişdir. Məktəbə Regional Mədəniyyət idarəsinin rəisi Vasif Cənnətovla  bərabər idarənin digər məsul şəxsləri təşrif buyurmuslar.
Konsertdən əvvəl şəhidlərin əziz xatirəsi yad edilmişdir. Ulu öndərin səsi və Şuşada keçirilmiş Xarıbülbül festivalından Ali Baş komandanın çıxışı böyük rəğbətlə qarşılanmışdır.Daha sonra məktəbin xalq çalğı alətləri orkestri, nağaraçalanlar ansamblı, xoru və şagirdlərin solo ifaları maraqla qarşılanmışdır.

 

144.7 KB

 

115.5 KB

 

151.2 KB